Texniki sahələr üzrə mütəxəssislər tələb olunur

Город

Баку

Сфера деятельности

Строительство и ремонт

Специализация

Другое

График работы

Полный день

Опыт работы

От 1 года до 3 лет

Адрес места работы

Qaradağ r.

Müəssisə fəaliyyətinin genişləndirilməsi və həyata keçirilən layihələrin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə aşağıda göstərilən istiqamətlər üzrə ixtisaslı mütəxəssislərin işə qəbulu elan edilir: Montaj və mexaniki işlər üzrə • Gəmi və ya sənaye avadanlıqlarına dair texniki sənədləri oxumaq bacarığı • Texniki sənədlərə uyğun olaraq materialların düzgün yerləşdirilməsi və montajının həyata keçirilməsi • Montaj prosesi zamanı ölçü və uyğunluq yoxlamalarının aparılması • Zəruri hallarda materialların əl ilə kəsilməsi və formaya salınması • Quraşdırılmış hissələrin növbəti mərhələyə hazır vəziyyətə gətirilməsi Qaynaq işləri üzrə • Müvafiq qaynaq ixtisası üzrə sertifikat və ya şəhadətnamənin olması • Qazaltı (MIG/MAG), arqon (TIG) və digər qaynaq üsulları ilə işləmək bacarığı • Müxtəlif materialların qaynaqlanması üzrə bacarıqlar • Qaynaq işlərinin normativ və beynəlxalq standartlara uyğun icrası • Qaynaq birləşmələrinin UT (ultrasəs yoxlaması) və PT (penetrant yoxlaması) kimi keyfiyyət nəzarəti üsullarından keçə biləcək səviyyədə yerinə yetirilməsi • Qaynaq qüsurlarının aradan qaldırılması bacarığı Səthlərin mexaniki emalı üzrə • Müvafiq alətlər vasitəsilə materialların kəsilməsi və emalı • Montajdan əvvəl və sonra səthlərin təmizlənməsi • Qaynaqdan sonra səthlərin zədələnmədən işlənməsi • Dar və çətin sahələrdə dəqiq emal işlərinin aparılması Boru sistemləri üzrə • Boru sistemlərinə dair texniki və istehsalat rəsmlərini oxumaq bacarığı • Boru seqmentlərinin hazırlanması və montajı • Flanş birləşmələrinin düzgün quraşdırılması • Arqon qaynaq bacarığı (üstünlük hesab olunur) • Sistemlərin sınaq və yoxlama işlərinin aparılması Rəngsaz (boya və izolyasiya işləri) üzrə • Səthlərin ilkin mexaniki təmizlənməsi (raspa) işlərinin aparılması • Astar və son qat boyanın texnoloji tələblərə uyğun tətbiqi • Lokal sahələrdə təmir və macunlama işlərinin yerinə yetirilməsi • İzolyasiya plan və texniki rəsmlərini oxumaq bacarığı • İzolyasiya materiallarının düzgün tətbiqi və bərkidici elementlərin quraşdırılması • Görülən boya və izolyasiya işlərinin keyfiyyətinin və davamlılığının təmin edilməsi Müraciət qaydası Əmək haqqı namizədin bilik və bacarıqları nəzərə alınmaqla müəyyən olunacaqdır. Maraqlanan namizədlər öz CV-lərini hr@miras-mic.az elektron poçt ünvanına göndərə və ya nömrəsi ilə əlaqə saxlaya bilərlər.

47336051

Просмотры: 1

Sadıqova Nərmin

Sadıqova Nərmin