Chery Tiggo 7 Pro, 2024 il

Город

Баку

Марка

Chery

Модель

Tiggo 7 Pro

Цвет

Черный

Двигатель, см³

1500

Тип топлива

Гибрид

Коробка передач

Вариатор

Тип кузова

Внедорожник/SUV

Год выпуска

2024

Пробег, км

11700

Avtomobili 2025-ci ilin yanvar ayında rəsmi distribüterdən almışam. Cəmi 11700 (on bir min yeddi yüz) km sürmüşəm. Gündəlik evdən işə, işdən evə səliqəli şəkildə sürülən avtomobildir. Ən müasir unikal (mild) hibrid texnologiyası ilə təchiz olunub. Bilməyənlər üçün qeyd edim ki, mild hibrid texnologiyası həm şəhər içi, həm də uzun yolda sakit sürüşü təmin edir, performansı gücləndirir və yanacağa maksimum qənaət edir. Güclü SONY səs sistemi və 12.3 düymlük böyük multimedia ekranı premium sürüş təcrübəsi bəxş edir. Vuruq-udar yoxdur. Salon daim təmiz saxlanılıb, siqaret çəkilməyib. 92 benzinlə işləyir. Bilənlər bilir ki, olduqca dözümlü, komfortlu və zövqlü avtomobildir. Əsl ailə maşınıdır. Rusiyada və Türkiyədə bu maşınlar illərdir sürülür və Chery brendinə etibar edilir. Motor, korobka və elektronika sisteminə 6 il (200 min kilometr) zəmanət var. Kredit, barter yoxdur! Yalnız nağd qiymətə satıram! 2 ədəd orijinal açar və servis kitabçası var. Öz rənginə uyğun Chery loqolu və yazılı EVA ayaqaltı vurdurmuşam. Qiymət: 32500 AZN. Rəsmi servisdə yenisinin qiyməti 40 min manatdır. Avtomobilin xüsusiyyətlərini ətraflı şəkildə aşağıda qeyd edirəm: Unikal Hibrid (48V EMS) 6 il və ya 200 000 km ZƏMANƏT Şəhərdaxili orta yanacaq sərfiyyatı – 8.5 litr Magistral yolda orta yanacaq sərfiyyatı – 6 litr • Ölçülər: 4500 x 1842 x 1746 mm • Yanacaq – Ai 92 • ABS+EBD • BOS (əyləcin səthə uyğun tənzimlənməsi) • ESP (elektron stabilləşdirmə sistemi) • TCS (dartı qüvvəsinə nəzarət) • HAC (yoxuşdan hərəkətə başlamaq üçün köməkçi sistem) • TPMS (təkərlərin hava təzyiqinə nəzarət sistemi) • Mərkəzi qapanma sistemi • 2 sürüş rejimi (ECO, Sport) • ISOFIX • Sürücü və sərnişin üçün hava yastıqları • Arxa kamera • Arxa parklanma sensorları • Kruiz-kontrol • Full LED faralar • LED arxa stoplar • LED gündüz işıqları • Follow me home (ön işıqların müşayiət funksiyası) • Spoyler • Sürət limitini xatırlatma • Sükanın 4 istiqamətdə mexaniki tənzimlənməsi • Sükan elektron gücləndirici ilə • Dəri örtüklü multi-sükan • Eynək qabı • Sürücü oturacağının 6 istiqamətdə mexaniki tənzimlənməsi • Sərnişin oturacağının 4 istiqamətdə mexaniki tənzimlənməsi • Güzgülərin elektron tənzimlənməsi • Erqonomik dəri oturacaqlar • Klimat kontrol sistemi • Məsafədən idarəetmə pultu (məsafədən işə salma funksiyası) • Mühərriki açarsız işə salma (Start-Stop) • Açarsız daxil olma (Keyless entry) • Açar ilə yaxınlaşdıqda/uzaqlaşdıqda qapıların açılıb/bağlanması • 18’ yüngül lehimli disklər • 225/60 R18 ölçülü şinlər • Wireless Charging (naqilsiz şarj etmə paneli) • 2 USB 12V girişi, 1 Type-c • 12.3` monitor (Bluetooth+USB+Mirror link) • Android Auto, Apple Car Play • 12.3 düymlük LCD cihazlar paneli • 8 audiodinamikli SONY Premium səs-sistemi • 475 L yükdaşıma həcmi

47130538

Просмотры: 1