Mühasibatlıq və vergi xidməti

Город

Баку

✅ Vergi və mühasibatlıq sahəsində 10 ildən artıq təcrübə ilə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə dəqiq və operativ xidmət göstərirəm. ✅ Xidmət keyfiyyətinin maksimum səviyyədə təmin edilməsi məqsədilə vergi və mühasibatlıq sahəsində davamlı təlimlərdə iştirak edir və peşəkar inkişafımı mütəmadi olaraq davam etdirirəm. ✅ Mühasibatlıq və maliyyə layihələrinin uğurla icrası nəticəsində şirkətlərin maliyyə şəffaflığını artırmış, vergi risklərinin effektiv şəkildə azaldılmasını təmin etmişəm. ✅ Rəhbərlik və onun səlahiyyətli nümayəndələri tərəfindən verilən tapşırıqları qısa zamanda və dəqiqliklə icra edir, görülən işlərlə bağlı onlara yazılı və şifahi formada mütəmadi məlumat təqdim edirəm. ✅ Xidmət haqqının formalaşmasında dövriyyə deyil, göstərilən xidmətin real iş yükü əsas götürülür ki, bu da müştəri üçün daha ədalətli və şəffaf qiymətləndirmə imkanı yaradır. ✅ Vergi orqanı tərəfindən tələb qoyulan Peşəkar Mühasib Sertifikatı (PMS) və beynalxalq sertifikatlarım mövcuddur. * Təhsil > Bakalavr < 🔺 Qafqaz Universiteti – Mühasibat uçotu və idarə etmə (2009-2013) > Magistr < 🔺 Yıldız Teknik Üniversite - İktisadi ve İdari Bilimler Fakültesi (2014-2016) 🔺 Azərbaycan Auditorlar Palatasının Üzvi (2020) 🔺 ACCA F7,F9 🔺 PMS sertifikatı (2022) * İş təcrübəsi > 5 ildən artıq < ◾Alfa MMC – Vergi və Maliyyə Direktoru (2021 – indiyənə kimi davam edir) ◾Britaniyanın Avertum şirkətinin Azərbaycandakı filialı – Maliyyə və Vergi konsultasiya sahəsində Menecer (2018-2020) ◾Nor-As MMC – Baş Mühasib (2017-2019) ◾Erkon MMC – Mühasib (2016-2017) ◾Amazing Pay LLC – Mühasib (2014-2016) frelance ◾PSS Park LLC - accountant (frelance) (2013-2015) * Bacarıqlar ✔ Vergi orqanları ilə aparılan bütün rəsmi yazışmaların, sorğuların və cavabların hazırlanmasına və vaxtında göndərilməsinə nəzarət. ✔ Vergi ilə bağlı yaranmış məsələlərin operativ və düzgün həlli. ✔ Vergi sahəsi ilə baglı əməliyyatlar-bütün vergi hesabatlarının göndərilməsi ✔ Şirkətlərin mühasibatlıq və maliyyə sistemlərin qurulması və idarə edilməsi ✔ Əmlak, Torpaq, Sadələşmiş, ÖMV, ƏDV və Mənfəət vergiləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi. ✔ Mühasibat,vergi uçotu və DSMF, Statistika ilə baglı əməliyyatlar ✔ E-qaimə və VHF-lərin tərtibi, gömrük bəyannamələri üzrə əməliyyatlar, vergi qanunvericiliyi ilə işləmək və E-portal proqramından istifadə bacarığı. ✔ Sənədlər və mühasibat yazışmaları əsasında vergi və mühasibat hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi. ✔ DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi ✔ Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi ✔ Tender və Katirovka sorğusu üçün sənədlərin toplanması, hazırlanması və lazımı yerlərə təqdim edilməsi ✔ Debitor və kreditorların hazırlanması və nəzarət edilməsi ✔ Əməliyyatların 1 C proqramına işlənməsi ✔ Əmrlərin və sərəncamların, habelə icrasına nəzarət tələb edən tapşırıqların uçotunun aparılması. ✔ Kadr uçotunun aparılması və insan resursları üzrə digər əlaqəli işlərin icrası.

47303217

Просмотры: 1

Anar Əliyev

Anar Əliyev